Türkiyədə keçirilən marafon BMT mükafatına layiq görüldü

Turizm

26.03.2026 14:54

Türkiyənin Kapadokya bölgəsində keçirilən Salomon Cappadocia Ultra-Trail marafonu beynəlxalq səviyyədə nüfuzlu mükafata layiq görülüb.

TodayPress TV xəbər verir ki, yarış Birləşmiş Millətlər Təşkilatının Turizm Təşkilatı və Beynəlxalq Avtomobil Federasiyası tərəfindən təşkil edilən “Dayanıqlı İdman Turizmi üzrə Mükəmməllik Mükafatları” çərçivəsində “İdman Turizmində İcma Təsiri” kateqoriyası üzrə qalib elan olunub.

Son 12 ildə Türkiyənin ən diqqətçəkən idman tədbirlərindən birinə çevrilən yarış hər il 2 mindən çox iştirakçını bir araya gətirir. Kapadokyanın unikal təbiətində təşkil olunan tədbir həm idman, həm də turizm baxımından böyük maraq doğurur.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, yarış dayanıqlılığa sadiqliyi, yerli icmalara verdiyi töhfə, ətraf mühitə həssas yanaşması və turizm brendinin gücləndirilməsindəki rolu ilə seçilərək ən yüksək bal toplayıb.

Tədbir Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin dəstəyi və Argeus Travel & Events tərəfindən təşkil olunur.

Mükafatlandırma mərasimi martın 19-da Madrid şəhərində, ABB Formula E FIA World Championship 2026 CUPRA Raval Madrid E-Prix çərçivəsində keçirilib.

Qeyd edək ki, yarış Göreme Açıq Hava Muzeyi kimi UNESCOnun Dünya İrsi siyahısına daxil olan ərazilərdə təşkil olunur və 2026-cı ildə 13-cü dəfə keçiriləcək.

Salomon Cappadocia Ultra-Trail-in qazandığı bu mükafat Türkiyənin dayanıqlı idman turizmi sahəsində mövqeyinin daha da möhkəmləndiyini göstərir.

TodayPress TV 

tag: Türkiyə ,Kapadokya,Salomon Cappadocia Ultra-Trail marafonu ,Mükafat,Todaypress.tv,

photo
photo
photo
photo
photo