Səyahət zamanı baqaj itərsə, nə etməli? - ARAŞDIRMA

Səyahət zamanı baqaj itərsə, nə etməli? - ARAŞDIRMA
28.05.2025 19:00 Turizm

Səyahət zamanı uçuşdan sonra çamadanınız lentə çıxmayıbsa, təşvişə düşmək əvəzinə, düzgün və operativ hərəkət etmək tövsiyə olunur. 

TodayPress TV bu zaman nə etməli olduğunuzla bağlı yazı hazırlayıb. 

1. Sənədləri qoruyun

İlk tövsiyə - uçuş sənədlərinizi, o cümlədən baqaj etiketinin qoparılan hissəsini və biletin oturacaq kartını baqajı aldığınız ana qədər mütləq saxlayın.

2. Baqaj çıxmayıbsa nə etməli?

Baqaj itdikdə, əskik gəldikdə, zədələndikdə, habelə daşınma zamanı yubadıldıqda, eləcə də baqaj qəbzi (baqaj birkası) olmadan baqaj təhvil verildiyi hallarda nöqsan aşkar edildikdən dərhal sonra sərnişin aeroportun rejim zonasından çıxmazdan əvvəl “Lost and Found” masasına müraciət etməlidir. Baqajın daşınması zamanı nöqsanların mövcud olması haqqında akt (PIR – “Property Irregularity Report”) tərtib edilir və bu akt sərnişin və aviaşirkətin nümayəndəsi tərəfindən imzalanır.

PIR aktı baqajı axtarmaq üçün istifadə olunur, bu səbəbdən forma tələb olunan qaydada doldurulmalıdır. PIR aktında pasport məlumatları, əlaqə vasitələri, uçuşun və baqaj birkasının nömrələri, həmçinin çamadanın təsviri və içindəki əşyalar göstərilir.

Formanı doldurduqdan sonra sərnişinə dörd hərf və altı rəqəmdən ibarət ərizə sənədinin nömrəsi verilir. Misal: GYDJ2 12345.

PIR aktında qeyd edilən telefon nömrəsinə gələn bildirişlərə nəzarət edilməsi tövsiyə olunur, çünki baqaj tapıldığı halda həmin nömrəyə SMS göndəriləcəkdir.

Bundan sonra sizə axtarış aktı, iş nömrəsi və əlaqə nömrəsi təqdim olunacaq. Yük tapıldığı halda onun hava limanına çatdırılacağı barədə sizə məlumat veriləcək. Bir qayda olaraq, tapılan baqaj ən tez reyslə lazımi hava limanına çatdırılır. Əgər axtarışlar bir neçə gün uzanırsa, bu halda yük sərnişinin qeyd elədiyi ünvana aviaşirkətin hesabına çatdırılır.

3. Axtarış müddəti və kompensasiya

Baqajın axtarışı 21 gün ərzində aparılır. Əgər bu müddətdə tapılmasa, baqaj itmiş hesab olunur və sərnişin kompensasiya tələb etmək hüququ qazanır.

Baqajın zədələnməsi zamanı yalnız cızıq, batıq və nəmlənmə kimi hallar aşkarlanarsa, haldan asılı olaraq aviaşirkət “AZAL MİLES” proqramı vasitəsilə sərnişinin mövcud və ya yeni hesabına 500-ə qədər səyahət balları əlavə etməlidir.

Baqajın təkərlərinin və ya tutacaqlarının qırılması, baqajın deşilməsi, habelə baqajın istifadəyə tam və ya qismən yararsız olması kimi hallar baş verdiyi təqdirdə xidmət üzrə agent tərəfindən sərnişinə yeni baqaj təklif edilir.

Baqaj və ya yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Baqaj və ya yük daşıyıcı tərəfindən daşınmaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi, zədələnmə və ya qismən məhv olma ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

Sərnişin baqajın itməsi ilə bağlı əlavə dəstək üçün "[email protected]" elektron poçt ünvanı və ya (+994 12) 497-26-00 (daxili nömrələr 78-80, 78-81 və 22-05, 30-81) nömrəsinə müraciət edə bilər.

Əksər hallarda baqaj bir neçə gün ərzində tapılır.

4. Yekun tövsiyə 

Səfər zamanı uçuş və baqaj sənədlərinizi, o cümlədən alış qəbzlərini mütləq saxlayın. Bu, sizə itki və ya zədə hallarında hüquqlarınızı qorumağa imkan verəcək.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər