Hotellər üçün əmlak vergisinin azaldılması təklif edilir
Turizm
29.01.2026 15:22
Azərbaycanda hotel sektorunda yüksək əmlak vergilərinin biznesin inkişafını ləngitdiyi və investisiya imkanlarını məhdudlaşdırdığı bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.
Sənəddə vurğulanır ki, mövcud vergi yükü hotel sahiblərinin infrastrukturun yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və personalın hazırlanması kimi əsas istiqamətlərə əlavə vəsait yönəltməsini çətinləşdirir: "Nəticədə bu amil Azərbaycanın turizm sektorunun beynəlxalq bazarda rəqabət qabiliyyətinə mənfi təsir göstərir".
Hesabatda hotellər üçün əmlak vergisinin azaldılması, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan obyektlərə vergi güzəştlərinin tətbiqi tövsiyə olunur.
Qeyd olunur ki, bu addımlar investisiya mühitinin yaxşılaşmasına, hotel biznesinin gəlirliliyinin artmasına və xidmət standartlarının yüksəldilməsinə şərait yarada bilər.
tag: Hotel,Əmlak,Vergi,Azalma,Todaypress.tv,
