Azərbaycanın turizm imkanları Yaponiyada tanıdıldı

Azərbaycanın turizm imkanları Yaponiyada tanıdıldı
12.09.2025 18:09 Turizm

Sentyabrın 11-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiyanın paytaxtı Tokio şəhərində ölkəmizin turizm potensialının tanıdılması məqsədilə şəbəkələşmə tədbiri təşkil olunub.

TodayPress TV xəbər verir ki, tədbirə media qurumlarının, turizm agentliklərinin, eləcə də “All Nippon Airways (ANA)” və “Qatar Airways” kimi beynəlxalq aviaşirkətlərin nümayəndələri daxil olmaqla, 60-dan çox iştirakçı qatılıb. 

Proqram çərçivəsində media və turizm sənayesi nümayəndələri üçün Azərbaycanın turizm potensialı haqqında təqdimat keçirilib.

Tədbir zamanı B2B formatlı görüşlərdə yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər