Tramp hakimiyyətinə təzyiqlər: Qərarların icrası çətinləşir...

Təhlil

04.02.2026 21:23

"Konqres və demokratlar tərəfindən artan təzyiqlər ABŞ Prezidenti Donald Tramp administrasiyasının qərarlarının icrasında ciddi çətinliklər yaradır”. 

İqtisadçı Ruslan Atakişiyev bunu TodayPress TV-yə danışarkən bildirib. 


Onun sözlərinə görə, son dövrlər Donald Tramp hakimiyyətinə xüsusilə Konqres və demokratlar tərəfindən ciddi təzyiqlər müşahidə olunur və bu da bir sıra qərarların icrasını çətinləşdirir.   

Ekspert hesab edir ki, hökumətin bağlanması ilə bağlı əvvəlcədən qəbul edilən qərarlar büdcədən maliyyələşən bir çox qurumda işçi ixtisarlarına səbəb olub:  

“Bu proses istər-istəməz dövlət büdcəsindən asılı olan təşkilatlarda çalışan xeyli sayda əməkdaşın işdən çıxarılması ilə nəticələnib. Tramp hökumətinin əsas məqsədi büdcə yükünü azaltmaq olub. Administrasiya büdcədə komfort zonasında olan işçilərin sayını azaltmaq və onları daha çox özəl sektora yönəltməklə məşğulluğu özəl sektor hesabına təmin etməyə çalışır”.   

R. Atakişiyev vurğulayıb ki, bu istiqamətdə müəyyən nəticələr əldə olunduğuna görə hazırda əvvəlki məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımlar atılır. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp hökumətin yenidən açılması üçün genişmiqyaslı büdcə paketi imzalayıb. Bu, hökumətin qismən bağlanmasına son qoyacaq. 

Aysel Mətləb

TodayPress TV

tag: Ruslan Atakişiyev,ABŞ,Hökumət,Konqress,Todaypress.tv,