Dubl baha başa gəldi: argentinalı ulduz əzələ gərilməsi ilə üzləşdi!

Dubl baha başa gəldi: argentinalı ulduz əzələ gərilməsi ilə üzləşdi!
15.10.2026 17:03 İdman

İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martines UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Belçikanın “Brügge” komandası ilə keçirilən matçda (3:4) zədələnib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Matçın bütün dəqiqələrini meydanda keçirən və dublla yadda qalan argentinalı hücumçunun tibbi müayinəsinin nəticələri açıqlanıb. 

Rozzanodakı “Humanitas” institutunda klinik və diaqnostik müayinədən keçən Lautaro Martinesin sol budunun arxa səthində əzələ gərilməsi aşkar edilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər