Çin Yaxın Şərqdə müharibənin yayılmasına qarşı çıxdı

Çin Yaxın Şərqdə müharibənin yayılmasına qarşı çıxdı
15.10.2026 18:29 Dünya

ÇXR hakimiyyəti Yaxın Şərqdə münaqişənin daha da kəskinləşməsinin və "müharibə alovunun" yeni ölkələrə yayılmasının əleyhinədir.

TodayPress TV xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bu barədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərətin (AQEM) 7-ci sammiti çərçivəsində bəhreynli həmkarı Əbdül Lətif bin Rəşid əş-Zəyani ilə görüşündə bildirib.

"Yaxın Şərqdə indiyədək uzanan hərbi əməliyyatlar regionda sülh və sabitliyə ciddi ziyan vurur və heç bir tərəfin maraqlarına cavab vermir.

Çin tərəfi dəyişməz olaraq hesab edir ki, münaqişə gərginliyin yeni mərhələlərinə keçməməli, müharibə alovu isə genişlənməməlidir. Qarşıdurma ziddiyyətləri dərinləşdirir, dialoq isə yeganə doğru yoldur", - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmalı, bütün tərəflərin əsaslı narahatlıqları nəzərə alınmalı, sülh prosesinin qarşısındakı maneələr aradan qaldırılmalı və siyasi tənzimləmə kursuna sadiqlik davam etdirilməlidir.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər