ABŞ-nin "ölümcül" esminesi İspaniyaya gəldi

ABŞ-nin "ölümcül" esminesi İspaniyaya gəldi
15.10.2026 19:09 Dünya

“Arleigh Burke” sinfinə aid ABŞ-nin “USS John Basilone” esminesi İspaniyanın Kadis əyalətində yerləşən Rota hərbi-dəniz bazasına çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyinin press-relizində bildirilib.

Gəminin qarşılanma mərasimində qurumun rəhbəri Marqarita Robles iştirak edib. Bildirilib ki, esminesin gəlişi iki ölkənin hökumətləri arasında razılaşdırılmış və Avropanın cənubunda NATO-nun raketdən müdafiə sistemini gücləndirmək məqsədi daşıyan mərhələli yerləşdirmə prosesini tamamlayır. Nazirlikdən əlavə edilib ki, Rota bazasında yerləşdirilən esmineslərin sayının dörddən altıya çatdırılması ilə bağlı İspaniya və ABŞ-nin öhdəliyi həyata keçirilir.

Xatırladaq ki, beşinci ABŞ hərbi gəmisi 2024-cü ilin oktyabrında İspaniyaya gəlib.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər