Netanyahu Əhməd əl-Şaraa ilə nəyi danışdı? - "Qısa və gərgin..."

Netanyahu Əhməd əl-Şaraa ilə nəyi danışdı? - "Qısa və gərgin..."
15.10.2026 18:38 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl Suriyanın Prezidenti Əhməd əl-Şaraa ilə söhbət etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

“Bu, qısa və gərgin söhbət idi”, – deyə telekanal hökumət başçısından sitat gətirib.

Qeyd edək ki, 2025-ci ilin sentyabrında Netanyahunun ofisi İsrailin Suriya ilə danışıqlar apardığını və bu danışıqlarda ərəb respublikasının cənub-qərb hissəsinin demilitarizasiyası, eləcə də suriyalı druzların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəmanətlər tələb etdiyini açıqlayıb.

2026-cı ilin yanvarında isə baş nazirin ofisindən bildirilib ki, İsrail və Suriya ABŞ-nin vasitəçiliyi ilə bir neçə aylıq fasilədən sonra təhlükəsizlik məsələləri üzrə təmasları bərpa ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər