Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
15.10.2026 17:52 Sosial

Nazirlər Kabineti 15 mart 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"nda dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"na əsasən yerli Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər