Dronların istehsalında yeni cəbhə açılır – Litva və Ukrayna razılaşdı

Dronların istehsalında yeni cəbhə açılır – Litva və Ukrayna razılaşdı
15.10.2026 18:09 Dünya

Litva və Ukrayna şirkətləri ölkədə pilotsuz uçuş aparatlarının (PUA) komponentlərinin və elektron mübarizə vasitələrinin birgə istehsalının yaradılması barədə razılığa gəliblər.

TodayPress TV xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Litvanın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən “Pekkla” şirkəti və Ukraynanın “December One RND” şirkəti Litvada pilotsuz uçuş aparatlarının komponentlərinin və elektron mübarizə vasitələrinin istehsalı üzrə zavodun yaradılması barədə razılığa gəliblər.

Qeyd edək ki, “Pekkla” şirkəti dronların və pilotsuz yerüstü nəqliyyat vasitələrinin layihələndirilməsi və istehsalı ilə məşğuldur. Şirkət öz infrastrukturuna və biznes əlaqələrinə çıxış təmin edəcək.

“December One RND” isə elmi tədqiqatlar və eksperimental işləmələr sahəsindəki layihələrini, texniki biliklərini və məhsul konsepsiyalarını təqdim edəcək. Şirkət həmçinin bu imkanları Litva bazarında inkişaf etdirməkdə maraqlıdır.

Tərəfdaşlar birgə istehsala 2027-ci ildə başlamağı planlaşdırırlar.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər