İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...
Türkiyə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransında (COP-17) nazir səviyyəsində təmsil olunacaq.
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
O, Türkiyənin iştirakı barədə məlumatlı olduğunu, lakin Azərbaycanın iştirakı ilə bağlı hələ rəsmi təsdiq almadığını qeyd edib.
Baş nazir, həmçinin oktyabr ayında COP-17 çərçivəsində ölkəyə 15 mindən çox insanın gələcəyini vurğulayıb. Onun fikrincə, bu, Ermənistanın beynəlxalq səviyyədə tanınmasına da müsbət təsir göstərəcək.
Aysel Mətləb