Ukrayna dronları Rusiyanın Krımla əlaqəsini iflic edir - VİDEO

Ukrayna dronları Rusiyanın Krımla əlaqəsini iflic edir - VİDEO
15.10.2026 17:54 Dünya

Ukrayna qüvvələri Cənubi Ukraynadakı işğal olunmuş əraziləri Krımla birləşdirən əsas təchizat marşrutları boyunca Rusiya hərbi nəqliyyat vasitələrinə qarşı genişmiqyaslı dron hücumları həyata keçirir.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, orta mənzilli kamikadze dronlarla həyata keçirilən hücumlar Rusiya ordusunun işğal altındakı ərazilərdən keçən logistika xətlərini hədəfə alır.

Bildirilir ki, məqsəd Rusiya hərbi birləşmələrinin Krımla əlaqəsini təmin edən yol şəbəkələrində təchizat hərəkətini pozmaqdır.

Hərbi logistika marşrutlarına təzyiqin artması Rusiya ordusunun cəbhə bölmələrini sursat, yanacaq və digər zəruri avadanlıqlarla təmin etməsini çətinləşdirə bilər. Ukrayna bu marşrutlarda hərəkət edən nəqliyyat vasitələrini hədəfə almaqla Rusiyanın cənub cəbhəsindəki əməliyyat imkanlarını zəiflətməyə və hərbi təchizatın çatdırılmasını daha riskli və baha başa gələn prosesə çevirməyə çalışır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər