Odessada supermarket “Şahed”lə vuruldu - ANBAAN GÖRÜNTÜLƏR

Odessada supermarket “Şahed”lə vuruldu - ANBAAN GÖRÜNTÜLƏR
15.10.2026 18:01 Dünya

Oktyabrın 15-də Ukraynanın Odessa vilayətinin Mayakı kəndində yerləşən “Tavria V” supermarketi reaktiv mühərrikli “Şahed” tipli pilotsuz uçuş aparatının zərbəsinə məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə  Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"da məlumat verib.

Məlumata görə, hücum nəticəsində üç nəfər yaralanıb, supermarketin bir hissəsi dağılıb və yaxınlıqdakı avtomobillərə ziyan dəyib.

Hadisə yerində xilasetmə və digər fövqəladə xidmətlər işləyib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər