Şok etiraf: Allen Ayverson karyerasından sonra gündə 300 dolları tekilaya xərcləyib!
NBA-nın Şöhrət Zalının üzvü və “Mükafatların Matçının” 11 qat iştirakçısı olmuş tanınmış amerikalı basketbolçu Allen Ayverson idman karyerasını başa vurduqdan sonra ağır içki vərdişi ilə üzləşdiyini etiraf edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “The Underground Loundge” podkastında danışıb.
Ayverson hər iki gündən bir təxminən iki şüşə Don Julio tekilası içdiyini qeyd edib:
“Mağazada onların qiyməti 150 dollardır, deməli bir dəfəyə 300 dollar gedirdi. Və bu, ayda 15 gün belə davam edirdi”.
O, səfərlər zamanı və ya kazinolarda vaxt keçirəndə bu rəqəmin daha da artığını, bəzən gündə 10 saata yaxın içki masası arxasında əyləşərək 4-5 şüşə ekvivalentində içki qəbul etdiyini bildirib.
Meneceri Qeri Mur onun idmançı kimi artıq hər gün qaçmadığını, əvvəlki fiziki yüklənmələrin olmadığını və qəbul edilən bütün alkoqolun orqanizmdə qaldığını xatırladıb.
Basketbolçu qeyd edib ki, o, 22 yaşında ikən bir şüşə Remy Martin konyakı içə bilirdi və bu, orqanizmi üçün belə ağır yük olmurdu.
Namiq HUN