Məsələ biz olsaq, Türkiyə yaxasını kənara çəkəcək? - Putin "SSRİ-2"dən danışır

Məsələ biz olsaq, Türkiyə yaxasını kənara çəkəcək? - Putin "SSRİ-2"dən danışır
24.11.2026 12:26 Təhlil

1943-cü ildə İosif Stalin Türkiyədən müharibəyə qoşulmağı tələb edirdi, Ankara isə tərəddüd edirdi. Ruzvelt və Çörçill də bunu təsdiqləyirlər.

TodayPress TV xəbər verir ki, bunu siyasi şərhçi Azər Qismət deyib.


O, 1943-cü il Tehran konfransının materiallarına istinad edərək həmin dövrdə Türkiyənin müharibəyə qoşulması ilə bağlı müzakirələr aparıldığını bildirib:

“Burada qeyd edilir ki, Türkiyə Almaniya və bizim aramızda get-gəldən çəkinməli, mövqeyini konkretləşdirib bizim yanımızda olmalıdır. Həmin dövrdə Türkiyənin 50 diviziyası olur, amma silahlanması zəifdir. Tank, təyyarə, tank vuran top, hava hücumundan müdafiə silahı yoxdur. Amma vurğulanır ki, əsgərləri döyüşkəndir”. 


Analitik Türkiyənin indiki xarici siyasətində də münaqişələrdən kənarda qalmaq və vasitəçilik təşəbbüsləri ilə çıxış etmək xəttinin davam etdiyini qeyd edib:

“Türkiyə indi də eyni siyasəti yürüdür. Müharibədən qaçmaq, hansısa konfliktə cəlb olunmamaq. Burada pis heç nə yoxdur. Amma məsələ ondadır ki, Türkiyə özünü bütün problemlərə yaxın göstərib, sonra kənara çəkməklə məşğuldur. Məsələn, İran-ABŞ, Rusiya-Ukrayna arasında əvvəllər də, indi də vasitəçilik edib, heç bir nəticə almayıb, özünü məsələlərin içində kimi göstərib, amma öz tərəfini konkret açıq şəkildə bəlli etməyib”. 


Şərhçi bu siyasətin gələcəkdə Azərbaycan üçün hansı nəticələr doğura biləcəyi sualını da gündəmə gətirib: 

“Günün birində məsələ biz olsaq, həmin siyasət necə olacaq? Tutaq ki, Rusiya ilə biz açıq qarşıdurmaya girsək? Çünki Putin və ətrafı SSRİ-2-dən danışır”, - deyə o vurğulayıb. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər