Torpaqları hava limanı və tramvay ərazisinə düşənlərə ŞAD XƏBƏR

Torpaqları hava limanı və tramvay ərazisinə düşənlərə ŞAD XƏBƏR
24.11.2026 12:22 Siyasət

Dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı halların qanunvericilikdə konkret sadalanması hüquqi mübahisələrin qarşısının alınması baxımından vacibdir.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Əli Hüseynli parlamentin plenar iclasında “Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, Konstitusiyaya əsasən, mülkiyyətin özününkiləşdirilməsi ədalətli kompensasiya ödənilməklə və yalnız qanun əsasında həyata keçirilə bilər. Məhz bu səbəbdən məsələnin qanunvericilik səviyyəsində tənzimlənməsi zəruridir.

Əli Hüseynli qeyd edib ki, müzakirələr zamanı dövlət ehtiyacları anlayışının daha ümumi şəkildə müəyyənləşdirilməsi ilə bağlı təkliflər səsləndirilsə də, bu yanaşma dəstəklənməyib. Onun fikrincə, qanunda konkret hallar göstərilmədiyi təqdirdə gələcəkdə çoxsaylı məhkəmə mübahisələri yarana bilər.

Komitə sədri bildirib ki, mövcud qanunvericilikdə dövlət ehtiyacları üçün torpaqların alınmasının əsasları konkret sadalanır. Müdafiə məqsədləri və sərhədyanı zonalarla yanaşı, yeni dəyişikliklər çərçivəsində hava limanları, tramvay infrastrukturu və digər istiqamətlər də nəzərdə tutulur. Gələcəkdə əlavə ehtiyac yaranarsa, bunun da qanuna ayrıca dəyişiklik edilməklə daxil olunması vacibdir.

Qeyd edək ki, qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər