26 mindən çox şəxsə pensiya təyin olundu
2026-cı ilin yanvar-oktyabr ayları ərzində 26 145 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə TodayPress TV-yə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 62,65%-ni kişilər, 37,35%-ni isə qadınlar təşkil edib.