Komitə sədri: İlahiyyat institutda 98 qız təhsil alır

Komitə sədri: İlahiyyat institutda 98 qız təhsil alır
24.11.2026 10:48 Sosial

"Tarixi təcrübə göstərir ki, cəmiyyətlərin yenilənməsi çox zaman qadınların təhsil, maarifçilik, mədəniyyət və ictimai fikir müstəvisində fəallığı ilə müşayiət olunur". 

TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tolerant və Mütərəqqi Cəmiyyətin Formalaşmasında Qadınların Rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan qadınlarının təhsil, maarifçilik və ictimai həyatda fəallığının tarixi ənənələri var. Bu baxımdan 1901-ci ildə Bakıda müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəbin açılması və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qadınlara seçki hüququnun verilməsi mühüm tarixi hadisələrdir. 

"Qadınların dini maarifləndirmə prosesində iştirakı, dini biliklərin düzgün mənimsənilməsi, xurafatla sağlam dini düşüncənin fərqləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda institutda 318 tələbə təhsil alır, onlardan 98-i qızdır. Daha 4 qız tələbə magistratura səviyyəsində təhsilini davam etdirir. İndiyədək institutdan ümumilikdə 145 qadın məzun olub".

O, həmçinin tələbə qızların akademik nailiyyətlərinin və sosial fəallığının dəstəklənməsi məqsədilə müxtəlif təqaüd proqramlarının həyata keçirildiyini diqqətə çatdırıb. Bu təşəbbüslər sırasında “Xurşidbanu Natəvan” təqaüdünün xüsusi yer tutduğunu bildirib.

R. Məmmədov vurğulayıb ki, qadınların maariflənməsi, ictimai təşəbbüslərinin dəstəklənməsi və bilik-bacarıqlarının reallaşdırılması cəmiyyətin gələcəyinə qoyulan mühüm sərmayədir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər