Bakıda doğulan, Şuşanı işğal edən erməni general ÖLDÜ
Ermənistan ordusunun ehtiyatda olan general-leytenantı Leonid Martirosov 87 yaşında ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edək ki, Martirosov 1939-cu ildə Bakıda anadan olub. O, 1961-ci ildə Tiflis Ali Artilleriya Hərbi Məktəbini, 1975-ci ildə isə Leninqraddakı Hərbi Artilleriya Akademiyasını bitirib.
1988–1992-ci illərdə Martirosov Ermənistanın Müdafiə Komitəsinin əməliyyat şöbəsində baş zabit, 1992–1993-cü illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsi rəisinin müavini, 1993–1997-ci illərdə idarə rəisi, 1991–2000-ci illərdə isə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini vəzifələrini icra edib.
2000–2014-cü illərdə Ermənistanın baş hərbi müfəttişinin birinci müavini vəzifəsini tutub. O, Ermənistanın sərhədyanı ərazilərinin, Qarabağın müxtəlif rayonlarının və Şuşanın işğal edilməsində iştirak edib. Martirosov Ermənistan ordusunun quruculuğunda və silahlı qüvvələrin əməliyyat sənətinin inkişafında rol oynayıb.