Bu şəxslər Azərbaycanda 15 gündən artıq...
Diplomatik nümayəndəliklərin, konsulluqların və beynəlxalq təşkilatların əməkdaşları, eləcə də onların ailə üzvlərinin Azərbaycanda müvəqqəti qeydiyyatı ilə bağlı qanun layihəsi qəbul olunub.
TodayPress TV xəbər verir ki, Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihə haqqında məlumat verən deputat Nurlan Həsənov bildirib ki, sənəd diplomatik nümayəndəliklərin, konsulluqların və beynəlxalq təşkilatların heyət üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin, həmçinin diplomatik və müvafiq xüsusi missiya ilə Azərbaycana səfər edən şəxslərin ölkədə 15 gündən artıq müvəqqəti qaldıqları hallarda qeydiyyata alınmasını nəzərdə tutur.
Deputat qeyd edib ki, layihənin mətnində birinci oxunuşdan sonra dəyişiklik edilməyib.
Səsvermə nəticəsində qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Qiymət Mahir