Tramp özünə yeni titul verdi: Bu işin kralıyam... - VİDEO
ABŞ Prezidenti Donald Tramp Boeing şirkətinin ona “Əsrin satıcısı” mükafatını verdiyini bildirib.
TodayPress TV xəbər verir ki, ABŞ lideri bunu CNBC-nin “Squawk on the Street” proqramında verdiyi müsahibədə deyib.
O qeyd edib ki, xarici səfərləri zamanı müxtəlif ölkələr ABŞ istehsalı olan Boeing təyyarələrinin alınması ilə bağlı böyük sifarişlər verir. O, Səudiyyə Ərəbistanının 200, digər ölkələrin isə 20 və ya daha çox təyyarə aldığını deyib.
ABŞ prezidenti Çinlə 250 Boeing təyyarəsinin satışı barədə razılaşma əldə etdiyini, Pekinin əlavə 250 təyyarə sifariş edə biləcəyini də iddia edib.
“Mən Boeing satışlarının kralıyam”,- Tramp vurğulayıb.
Jalə Rövşən