Xocalıya növbəti köç karvanı yola salındı

Xocalıya növbəti köç karvanı yola salındı
16.02.2026 12:17 Sosial

Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb.

TodayPress TV xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 149 nəfərdən ibarət 30 ailə yola düşüb.

Xocalı şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər