Ukrayna Rusiyaya zərbələri dayandırsa, ABŞ-dən nə qazanacaq?

Ukrayna Rusiyaya zərbələri dayandırsa, ABŞ-dən nə qazanacaq?
19.10.2026 20:23 Dünya

Britaniyanın “The Times” qəzeti Ukraynanı Rusiya neft emalı zavodlarına hücumları müvəqqəti dayandırmağa çağırıb.

TodayPress TV xəbər verir ki, nəşrin fikrincə, bu addım Kiyevlə Vaşinqton arasında münasibətlərin daha da pisləşməsinin qarşısını ala bilər.

Qəzetin yazdığına görə, Ukrayna zərbələri dayandırmaq müqabilində ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər almağa və “Starshield” peyk rabitəsi sisteminin əhatə dairəsini Rusiya ərazisinin 300 kilometr dərinliyinə qədər genişləndirməyə çalışa bilər.

Bu təklifi daha əvvəl ABŞ-nin respublikaçı senatorları Rocer Uiker və Kevin Kramer irəli sürüblər.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər