Sel körpünü dağıtdı: Kəndə gedən əsas yol bağlandı

Sel körpünü dağıtdı: Kəndə gedən əsas yol bağlandı
30.05.2026 15:40 Sosial

29 maydan etibarən ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib.

TodayPress TV xəbər verir ki, Siyəzənin rayon mərkəzini Kiçik Həmyə kəndi ilə birləşdirən körpünü sel dağıdıb.

Güclü sel nəticəsində körpü tamamilə uçub. Nəticədə Siyəzən rayonunun Kiçik Həmyə kəndinə gedən əsas yolu bağlanıb.

Sakinlər məcburiyyətdən alternativ yollardan istifadə etməyə çalışırlar.

Körpünün uçması sakinlərin hərəkətinə maneə yaradır, məktəb və gündəlik gediş-gəliş baxımından kənd sakinləri çətin vəziyyətlə üzləşiblər.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər