Şəkidə güclü sel iki körpünü dağıdıb: Sakinlər təxliyə edildi - VİDEO

Şəkidə güclü sel iki körpünü dağıdıb: Sakinlər təxliyə edildi - VİDEO
25.05.2026 08:54 Sosial

Şəki rayonunun Baş Zəyzid kəndində güclü sel daşqını baş verib.

TodayPress TV xəbər verir ki, dağlıq ərazidən gələn sel suları kənd ərazisindən keçərək iki körpünü tamamilə dağıdıb.

Kənd sakinlərinin sözlərinə görə, dağılan körpülər əhalinin rayon mərkəzi və digər kəndlərlə əlaqəsi üçün böyük əhəmiyyət kəsb edirdi. Hadisə nəticəsində kəndin bir hissəsinin digər hissə ilə və rayonla gediş-gəlişi çətinləşib.

Sel nəticəsində kənddaxili yollar da zədələnib. Hazırda hadisə yerində müvafiq qurumların mütəxəssisləri iş aparır.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər