Orqanizm üçün möcüzəvi giləmeyvə

Sosial

16.03.2026 18:15

Braziliya giləmeyvəsi jaboticaba (Myrciaria cauliflora) bağırsaqları və qaraciyəri iltihabdan qoruya, həmçinin beyin funksiyasını dəstəkləyə bilər.

TodayPress TV  xarici mediaya istinadən xəbər verir ki, alimlər heyvanlarda iltihabi bağırsaq zədələnməsini modelləşdirərək jaboticaba giləmeyvəsinin, onun qabığının və mikrokapsullaşdırılmış qabıq ekstraktının təsirini araşdırıblar.  

Nəticələr göstərib ki, bu komponentlər bağırsaq iltihabını azaldır, selikli qişanı möhkəmləndirir və bağırsaq baryerinin quruluşunu yaxşılaşdırır.  

Giləmeyvə qaraciyərə də müsbət təsir göstərib: oksidləşdirici stress və yağ yığılması azalıb, iltihab göstəriciləri aşağı düşüb və qaraciyər hüceyrələrinin vəziyyəti yaxşılaşıb. 

Araşdırma zamanı beyində də dəyişikliklər müşahidə olunub.

Jaboticaba qəbulundan sonra neyronların yaşaması və beyin plastikliyi ilə əlaqəli BDNF geninin aktivliyi bərpa olunub, dopamin sistemi ilə bağlı genlərin ifadəsi artıb və iltihab markerləri azalıb.

Alimlər qeyd edirlər ki, tədqiqat hələ klinik mərhələyə çatmayıb. Bununla belə, polifenollarla zəngin jaboticaba bağırsaq, qaraciyər və beyin sağlamlığını dəstəkləyən perspektivli funksional qida hesab olunur.

Jalə Rövşən 

TodayPress TV

tag: Giləmeyvə,Alim,Araşdırma ,Jaboticaba ,Todaypress.tv,