Hərbçimiz mürəkkəb açıq ürək əməliyyatı keçirdi - VİDEO

Hərbçimiz mürəkkəb açıq ürək əməliyyatı keçirdi - VİDEO
19.10.2026 10:36 Hərbi

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zamanı aortal qapağın ciddi çatışmazlığı, eləcə də aort kökü və qalxan aortanın genişlənməsi ilə müşayiət olunan anevrizma aşkarlanıb.

Xəstəyə Bentall əməliyyatı icra olunub. Əməliyyat zamanı aortal qapaq protezləşdirilib, aort kökü və qalxan aorta protez damar ilə əvəzlənib, tac arteriyalar yeni protez damara birləşdirilib.

Hazırda hərbi qulluqçunun vəziyyəti qənaətbəxşdir. O özünü yaxşı hiss edir və həkim nəzarəti altında bərpa prosesini davam etdirir.

TodayPress TV


XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər