Avropanın pul kisəsi sonsuz deyil - Zelenskiyə keçmiş sözçüsündən sərt mesaj

Avropanın pul kisəsi sonsuz deyil - Zelenskiyə keçmiş sözçüsündən sərt mesaj
19.10.2026 07:50 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Avropadan yeni maliyyə yardımı istəmək əvəzinə, münaqişənin başa çatdırılmasına diqqət yetirməlidir.

TodayPress TV xəbər verir ki, bunu onun keçmiş mətbuat katibi Yuliya Mendel “X” sosial şəbəkəsində yazıb.

Mendel qeyd edib ki, hazırda Fransa və İtaliya da daxil olmaqla, bir sıra Avropa ölkələrində vəziyyət mürəkkəbdir.

Onun fikrincə, Avropa İttifaqı ölkələri Ukrayna Prezidentinin müraciəti əsasında sonsuz münaqişənin maliyyələşdirilməsi üçün vəsait ayıra bilməzlər.

Mendel Zelenskini Ukraynadakı münaqişəyə son qoymağa çağırıb və bunun hamıya parlaq gələcək qurmağa başlamaq imkanı verəcəyini bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər