On iki partiya, 12 qələbə: “Vüqar Həşimov” klubu zirvədə təkdir!

On iki  partiya, 12 qələbə: “Vüqar Həşimov” klubu zirvədə təkdir!
19.10.2026 08:40 İdman

Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kuboku turnirində Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu möhtəşəm çıxışı ilə diqqət çəkir.

TodayPress TV xəbər verir ki, heyəti Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayevdən ibarət olan komandamız ilk iki turdan sonra 108 kollektivin yer aldığı turnir cədvəlinə başçılıq edir.

Təmsilçimiz ilk turda Niderlandın “Woerden” klubu 6:0 hesabı ilə məğlub edib. II turda isə şahmatçılarımız Belçikanın “SDP Wachtebeke” təmsilçisinə eyni hesabla qalib gəliblər.

İki tur ərzində keçirilən 12 partiyanın hamısında qələbə qazanan komandamız maksimum dörd komanda xalı və fərdi lövhələrdə mümkün olan 12 xal toplayıb.

İsveçrə sistemi üzrə yeddi turdan ibarət olan yarış oktyabrın 23-də başa çatacaq. 

Turnirin əsas hədəflərindən biri 2027-ci ilin fevralında təşkil olunacaq Superliqanın ilk mövsümünə vəsiqə qazanmaqdır. Açıq Avropa Kubokunda ilk dörd yeri tutan klublar bu hüquqa birbaşa yiyələnəcək, daha bir vəsiqə isə ilk dördlükdən kənarda qalan ən yüksək reytinqli kluba veriləcək.

Namiq HUN

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər