Kiyevə ballistik raket hücumu: Dağıntılar var - VİDEO VƏ FOTOLAR

Kiyevə  ballistik raket hücumu: Dağıntılar var - VİDEO VƏ FOTOLAR
19.10.2026 09:24 Dünya

Gecə saatlarında Kiyevə endirilən ballistik raket zərbələri nəticəsində şəhərin infrastrukturuna ziyan dəyib, üç nəfər xəsarət alıb.

TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, hücum zamanı “Çerniqivska” metro stansiyasının relsləri və kabel şəbəkəsi zədələnib.

Bu səbəbdən səhər saatlarında “Çerniqivska” və “Lisova” stansiyalarının fəaliyyəti dayandırılıb, qırmızı xətt üzrə qatarlar yalnız “Akademmisteçko” və “Darnitsa” stansiyaları arasında hərəkət edib.

Solomenski rayonunda isə raket qalıqları 25 mərtəbəli yaşayış binasının birinci mərtəbəsinə və qeyri-yaşayış binasına düşüb.

Həmçinin Dneprovsk rayonunda  qeyri-yaşayış sahəsinin ərazisinə zərbə qeydə alınıb. Hücumların Kiyev vilayətinin digər ərazilərinə, o cümlədən İrpin şəhərinə də yönəldiyi bildirilir.

Jalə Rövşən 

FOTOLAR

Kiyevə  ballistik raket hücumu: Dağıntılar var - VİDEO VƏ FOTOLAR  — 1
Kiyevə  ballistik raket hücumu: Dağıntılar var - VİDEO VƏ FOTOLAR  — 2
Kiyevə  ballistik raket hücumu: Dağıntılar var - VİDEO VƏ FOTOLAR  — 3
Kiyevə  ballistik raket hücumu: Dağıntılar var - VİDEO VƏ FOTOLAR  — 4
Kiyevə  ballistik raket hücumu: Dağıntılar var - VİDEO VƏ FOTOLAR  — 5
Kiyevə  ballistik raket hücumu: Dağıntılar var - VİDEO VƏ FOTOLAR  — 6
Kiyevə  ballistik raket hücumu: Dağıntılar var - VİDEO VƏ FOTOLAR  — 7
XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər