Milyonların dövriyyəsi: “Forbes” futbol dünyasının şok gəlirlərini açıqladı!
Məşhur “Forbes” nəşri 2026/2027-ci illər mövsümü üçün dünyanın ən yüksək maaş alan 10 futbolçusunun siyahısını açıqlayıb.
TodayPress Tv xəbər verir ki, siyahıya Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu başçılıq edir.
41 yaşlı portuqaliyalı ulduz futbolçu 300 milyon dollar gəlirlə ən yaxın izləyicisini iki dəfə üstələyir.
“İnter Mayami” klubunun argentinalı forvardı Lionel Messi 145 milyon dollar gəlirlə ikinci, “Real Marid”in fransalı forvardı Kilian Mbappe isə 100 milyon dollarla üçüncüdür.
“Forbes”ə görə TOP-10 futbolçu:
1. Kriştianu Ronaldu (“Əl-Nəsr”) - $300 milyon
2. Lionel Messi (“İnter Mayami”) - $145 milyon
3. Kilian Mbappe (“Real”) - $100 milyon
4. Erlinq Haaland (“Mançester Siti”) - $85 milyon
5. Vinisius Junior (“Real”) - $76 milyon
6. Lamin Yamal (“Barselona”) - $55 milyon
7. Sadio Mane (“Əl-Nəsr”) - $54 milyon
8. Cud Bellinqem (“Real”) - $45 milyon
9. Harri Keyn (“Bavariya”) - $42 milyon
10. Мəhəmməd Salah (“Trabzonspor”) - $40 milyon
Namiq HUN