Bakı-Qəbələ qatarına əlavə reyslər təşkil olunacaq

Bakı-Qəbələ qatarına əlavə reyslər təşkil olunacaq
19.10.2026 09:50 Sosial

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Məlumata görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd qeyri-iş günündə sərnişin tələbatını qarşılamaq məqsədilə noyabrın 7-də, 8-də, 9-da və 10-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm də dönüş reysləri təşkil ediləcək.

Biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək mümkündür.

TodayPress TV

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər