Portuqaliya futbolunun incisi “Real”a doğru irəliləyir!

Portuqaliya futbolunun incisi “Real”a doğru irəliləyir!
19.10.2026 09:00 İdman

Madridin “Real” klubu Lissabonun “Sporting” komandasının 15 yaşlı istedadlı yarımmüdafiəçisi Xakobo Afonso ilə maraqlanır və yaxın aylarda bu transferi reallaşdırmağı nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə “ESPN” nəşri məlumat yayıb. 

Gənc futbolçu fiziki göstəriciləri, topu irəli aparmaq bacarığı və mərkəzdən hücumlara qoşulmaq keyfiyyətləri ilə “kral klubu”nun skautlarının diqqətini çəkib. Həm İspaniya, həm də Portuqaliya vətəndaşlığına malik olan futbolçu hazırda İspaniyanın gənclər yığmasında çıxış edir. Qeyd edək ki, onun atası Nuno Afonso ötən dövrlərdə “Benfika” və digər klublarda çıxış etmiş sabiq futbolçudur.

Namiq HUN

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər