Yaxın Şərqdə gərginlik: ABŞ 11 ölkəyə xəbərdarlıq etdi

Yaxın Şərqdə gərginlik: ABŞ 11 ölkəyə xəbərdarlıq etdi
19.10.2026 10:26 Dünya

ABŞ-nin təhlükəsizlik xəbərdarlıqları yayımladığı diplomatik missiyaların əhatə etdiyi ölkələrin sayı 11-ə çatıb.

TodayPress TV xəbər verir ki, siyahıya İordaniya, Livan, Qətər, İran, İraq, İsrail, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən daxildir.

Regionda hərbi qarşıdurmanın genişlənməsi fonunda bu qədər ölkənin təhlükəsizlik xəbərdarlıqları ilə əhatə olunması Yaxın Şərqdə vəziyyətin nə qədər həssas olduğunu göstərir.

Coğrafi baxımdan bir-birinə yaxın olan bu ölkələrin eyni xəbərdarlıq siyahısında yer alması mümkün regional eskalasiya ilə bağlı narahatlıqları artırır.

Jalə Rövşən 
XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər