“Roma” azarkeşlərini sevindirəcək xəbər: İmperator geri dönür?
“Roma” klubunun əfsanəvi kapitanı Fransesko Totti “canavarlar”a qayıda biləcəyini istisna etməyib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib:
“Roma” mənim üçün həmişə hər şey olub, olacaq da. Bu, mənim ikinci, bəlkə də birinci dərimdir. Bu köynəkdə yaşadıqlarımın bənzəri yoxdur.
“Roma”ya qayıtmaq? Heç vaxt “heç vaxt” deməyin”.
Xatırladaq ki, bütün peşəkar karyerasını “Roma”da keçirən və 2017-ci ildə yaşıl meydanlarla vidalaşan sabiq hücumçu sentyabr ayında 50 illik yubileyini qeyd edib.
Hazırda yedd turdan sonra paytaxt klubu A Seriyasında lider “İnter”dən cəmi 2 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.
Namiq HUN