Bu marşrut xəttinin avtobusları yenilənir - Gediş haqqı artırılır

Bu marşrut xəttinin avtobusları yenilənir - Gediş haqqı artırılır
05.11.2026 14:00 Sosial

Biləcəri qəsəbəsini metronun “Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki,noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.

Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

TodayPress TV 

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər