Paytaxtın bu küçələrində sıxlıq yaşanır - SİYAHI
Bakının 24 küçə və prospektində sıxlıq yaranıb.
TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda paytaxtın bir sıra əsas avtomobil yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Sıxlıq olan istiqamətlər aşağıdakılardır:
Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqaməti;
Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqaməti;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqaməti;
Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqaməti;
Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqaməti;
Heydər Əliyev prospektinin əsas və köməkçi yolları, mərkəz istiqaməti;
Yusif Səfərov küçəsi, hər iki istiqamətdə;
Babək prospekti, mərkəz istiqaməti;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
Niyazi küçəsi, “Azneft” dairəsi istiqaməti;
Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqaməti;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqaməti;
Xətai prospekti, Heydər Əliyev prospekti istiqaməti;
Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqaməti;
Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqaməti;
Məhəmməd Hadi küçəsi, “Əhmədli” metro stansiyasının ətrafı;
Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqaməti;
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısı;
Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqaməti.