Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
21.05.2026 10:14 Sosial

21 maydan başlayaraq Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var. 

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər