Göyçayda zəncirvari avtoqəza: Yeniyetmə qız öldü

Göyçayda zəncirvari avtoqəza: Yeniyetmə qız öldü
27.05.2026 15:45 Sosial

Göyçayda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, bu gün saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində "Opel", "KİA" və "Chevrolet" markalı avtomobillər toqquşub.

Nəticədə yeniyetmə (qız) sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər