Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO
“Hər şey yaxşıdır. Valideynlərim narahat olmasın”.
TodayPress TV xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna video açıqlamasında bu gün Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşı Samir İbadzadə deyib.
Hazırda Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində olan Samir İbadzadə vəziyyətinin normal olduğunu qeyd edib.