DİN və DSX İranla sərhəddə əməliyyat keçirdi

DİN və DSX İranla sərhəddə əməliyyat keçirdi
25.05.2026 13:26 Sosial

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə TodayPress TV-yə qurumların mətbuat xidmətindən məlumat daxil olub.

Qeyd olunub ki, mayın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

TodayPress TV

FOTOLAR

DİN və DSX İranla sərhəddə əməliyyat keçirdi — 1
DİN və DSX İranla sərhəddə əməliyyat keçirdi — 2
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər