Bu şəhərin bəzi ərazilərində işıq olmayacaq

Bu şəhərin bəzi ərazilərində işıq olmayacaq
21.05.2026 21:30 Sosial

Mayın 22-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

TodayPress TV xəbər verir ki, bu səbəbdən 35/10 kV-luq “Xətai” yarımstansiyasında enerji verilişi dayandırılacaq. Nəticədə Xətai, 20-ci, 21-ci, 35-ci, 48-ci, 49-cu və 52-ci məhəllələrdə saat 14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər