Bayramda kökəlməmək üçün nə edə bilərik?
Sosial
19.03.2026 19:15
Bayram ziyarətlərində adətən çoxlu şirniyyat və müxtəlif təamlar təqdim olunur. Buna görə də günün digər yeməklərini daha yüngül qidalarla (salat, tərəvəz və s.) keçirmək və fiziki aktivliyi artırmaq çəki artımının qarşısını almağa kömək edir.
TodayPress TV "Haber Global"a istinadən xəbər veiri ki, bunu qidalanma və pəhriz üzrə mütəxəssis Fatma Turanlı Vardarer bildirib.
O, qeyd edib ki, aşağıdakı tövsiyələrə əməl etmək faydalıdır:
-
Sizə təqdim olunan hər şeyi yemək məcburiyyətində deyilsiniz.
-
Kiçik porsiyalarla bir və ya iki növ yemək seçmək daha az kalori qəbul etməyə kömək edir.
-
Diabet və yüksək təzyiq kimi xəstəlikləri olan şəxslər bayram boyunca şirniyyat və yağlı qidalardan uzaq durmalıdırlar.
-
Bayramdan sonra bədən quruluşundan asılı olaraq 1–5 kq arası çəki artımı müşahidə oluna bilər. Bu, adətən müvəqqəti olur. Bayramdan sonra düzgün qidalanma və idmanla artıq çəkidən qurtulmaq mümkündür. Lakin artıq çəki uzun müddət qalarsa, onu vermək daha çətin olur.
-
Az-az, amma tez-tez yeməyə çalışın. Günə mütləq səhər yeməyi ilə başlayın. Ara yeməklərdə meyvə, qoz-fındıq, kəpəkli biskvit və ya ayran kimi yüngül qidalar seçin.
-
Porsiyaları kiçildin.
-
Şəkərli qida və içkilərin, eləcə də şirniyyatların qəbulunu məhdudlaşdırın.
-
Gündə 1,5–2 litr su için.
-
Yeməklərlə birlikdə bol salat yeyin və salatlara alma sirkəsi əlavə edin.
-
Ət, toyuq və balıq kimi zülal mənbələrini sobada və ya qril üsulu ilə bişmiş şəkildə seçin.
-
Gündə 2 stəkan yoğurt, ayran və ya süd qəbul edin.
-
Yeməklərə acı bibər, kəklikotu, nanə, köri və qara istiot kimi ədviyyələr əlavə edin.
-
Hər gün bir ədəd alma, kivi və ya böyürtkən yeməyə çalışın.
-
Gündə 2 fincan yaşıl çay için, həmçinin darçınlı və zəncəfilli çaylara üstünlük verin.
-
Hər gün ən azı 30 dəqiqə sürətli gəzinti edin və bunu müntəzəm hala gətirin.
Mütəxəsis vurğulayıb ki, bu qaydalara əməl edərək bayram günlərini daha sağlam və balanslı şəkildə keçirə bilərsiniz.
Jalə Rövşən
tag: Bayram,Sağlamlıq ,Artıq çəki ,Köklük ,Todaypress.tv,
TƏBİB təcili yardım avtomobillərinə yol verən sürücülərə təşəkkür edir!
02.12.2025
Ötən ay kameralara düşən və buna görə cərimə deyil, təşəkkür qazanan sürücülər onlardır!TƏBİB təcili yardım avtomobillər...
Xolesterinin azalmasına kömək edən məhsullar açıqlandı
12.08.2025
Bəzi bitki və heyvan mənşəli məhsulların rasiona daxil edilməsinin xolesterin səviyyəsini azaltmağa kömək edə biləcəyi a...
Ötən ay TƏBİB-in Çağrı Mərkəzinə 13 mindən çox zəng daxil olub
13.02.2026
Yanvar ayı ərzində TƏBİB-in "815" Çağrı Mərkəzinə ümumilikdə 13 114 zəng daxil olub.Bu barədə TodayPress TV-yə TƏBİB-dən...
Geriyə doğru yerimək oynaqlar və əzələlər üçün faydalıdır
26.11.2025
Mütəxəssislərin fikrincə, geriyə doğru yerimək oynaqlar üçün daha təhlükəsiz və bədənə fərqli şəkildə təsir edən effekti...
İnsanlar niyə şirniyyata "yox" deyə bilmir? Səbəb açıqlandı
07.11.2025
İnsanların şirniyyat yemək istəyinin əsas səbəbi bədəndə baş verən təkamül prosesləri və beyin kimyası ilə bağlıdır. Tod...
Səhiyyə Nazirliyi idxalına qadağa qoyulmuş dərmanla bağlı məlumat yaydı
21.05.2025
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin "Varfarin" dərman vasitəsinin ölkəyə idxalının qadağan edilməsi ilə bağ...
TƏBİB: Pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub
11.07.2025
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində cərrahiyyədə ən mürəkkəb əməliyyatlardan biri olan “Whipple” uğurla i...
Bu şəxslər evlənməsin, uşaqlar xəstə doğulacaq
15.04.2026
2025-ci il iyul ayından qohum evliliyi qadağan edilsə də, hələ də qanunsuz şəkildə evliliklər davam edir. İnsanlar bu mə...
Artıq vitamin qəbulunun ciddi fəsadları açıqlandı
27.04.2026
Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb...
Səhər yeməyini gecikdirməyin zərərləri
17.10.2025
Endokrinoloqlar xəbərdarlıq edirlər ki, səhər yeməyinin gecikdirilməsi sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər.T...
