Milanın küçələri alışdı, tarixi kafedralın qapıları bağlandı

Milanın küçələri alışdı, tarixi kafedralın qapıları bağlandı
18.10.2026 23:43 Dünya

İtaliyanın Milan şəhərinin mərkəzində təxminən 2 min gənc iğtişaş törədib, kafedral kilsəyə aparan küçəni dağıdıb.

TodayPress TV xəbər verir ki, Bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Hadisələr zamanı polislə etirazçılar arasında toqquşmalar baş verib, təxminən 100 nəfər polis bölmələrinə aparılıb.

Vəziyyət gərginləşdikdən sonra şəhər mərkəzindəki bir çox bar və mağaza fəaliyyətini dayandırıb. Kafedral kilsəyə giriş vaxtından əvvəl bağlanıb, içəridə olan insanlar isə arxa qapılardan çıxarılıb.

Milandakı iğtişaşlar tələbə nümayişləri, yaşayış xərclərinin və yanacağın qiymətinin artmasına qarşı etirazlar fonunda üçüncü gündür davam edir. Rəsmi məlumatlara görə, 140-dan çox polis əməkdaşı xəsarət alıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər