Fransada təcili komisiya yaradılır

Fransada təcili komisiya yaradılır
19.10.2026 01:40 Dünya

Fransa parlamentində oktyabrın 17-də baş verən iğtişaşlarla bağlı komissiya yaradılacaq.

TodayPress TV xəbər verir ki, Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive aşağı palatadakı siyasi qrupların rəhbərlərinə oktyabrın 17-də baş vermiş iğtişaşları araşdırmaq üçün komissiya yaradılmasını təklif edəcək.

Braun-Pivenin təklifinə əsasən, deputatlar oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı baş vermiş “son dərəcə ağır zorakılıq” hadisələrindən sonra yaranan “xaos və talan səhnələrinə” aydınlıq gətirməlidirlər. Araşdırma həm radikal qrupların fəaliyyət üsullarını, həm də ictimai asayişin qorunması strategiyasında mümkün nöqsanları əhatə edəcək.

“Milli Assambleya nəzarət funksiyasını tam şəkildə həyata keçirməlidir”, – deyə spikerin bəyanatında qeyd olunub.

Komissiya, həmçinin hakimiyyətin böhran ssenarisini əvvəlcədən nə dərəcədə proqnozlaşdırdığını və hadisələrə nə qədər hazır olduğunu qiymətləndirməlidir. Bundan əlavə, yeni şəhər iğtişaşlarına qarşı cəlb edilən hüquq-mühafizə qüvvələrinin sayı və fəaliyyət prinsipləri təhlil olunacaq.

Araşdırma çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində yol verilmiş mümkün nöqsanlara da ayrıca diqqət yetiriləcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər