ABŞ Aİ-ni cavab tədbirləri ilə hədələdi - Mövzu "Starlink"dir
ABŞ texnologiya şirkətlərinə, o cümlədən "Starlink"ə qarşı proteksionist tədbirlər görüləcəyi təqdirdə Avropa İttifaqının (Aİ) dağıdıcı cavabla üzləşə biləcəyi bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ABŞ-nin Aİ-dəki daimi nümayəndəsi Endryu Pazderə istinadən məlumat yayıb.
Diplomatın sözlərinə görə, Brüssel ehtiyatlı davranmalı və ABŞ-nin mümkün sərt cavabını nəzərə almalıdır. O, bu məsələdə Amerika bazarının miqyasının da əhəmiyyət daşıdığını vurğulayıb.
“Əgər məqsəd ABŞ-nin rəqabət qabiliyyətini azaltmaqdırsa, məncə, bu, belə qanunvericiliyin legitim məqsədi deyil. Amerika şirkətlərinin rəqabət qabiliyyətini azaltmaqla Avropa şirkətlərinin rəqabət qabiliyyətini artırmaq olmaz”, – deyə Pazder bildirib.
Aysel Mətləb