Bakı Şəhər Statistika İdarəsinin rəisi işdən çıxarıldı

Bakı Şəhər Statistika İdarəsinin rəisi işdən çıxarıldı
28.10.2026 16:49 Sosial

Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Apa-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, hələlik onun yerinə hər hansı təyinat olmayıb.

İdarənin rəis müavinləri Məlahət Famil qızı Gözəlova və Rasim Rəşid oğlu Quliyev də tutduqları vəzifələrdən azad edilərək idarə daxilində digər vəzifələrə keçiriliblər.

Qeyd edək ki, Xosrov Əbdürəhmanov bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər