Azərbaycanda ehtiyatda olan hərbçilər orduya çağrıldı - FOTOLAR
2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin
N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən
növbəti təlim toplanışı başlayıb.
Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən məlumata
görə, plana uyğun olaraq hərbi hissəyə qəbul edilən hərbi vəzifəlilər müvafiq
qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər zəruri
təminat vasitələri ilə təmin olunublar.
Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə toplanışın məqsədi iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu cür tədbirlər ehtiyatda olanların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir hərbi vəzifəlilərin təntənəli marşla tribuna önündən keçidi ilə başa
çatıb.
Daha sonra tədris proqramına uyğun olaraq toplanışa cəlb edilən şəxsi heyətə Azərbaycan
Ordusunun arsenalında olan müasir silah və texnikalar barədə ətraflı məlumatlar
verilib.
Qeyd edək ki, toplanış müddətində hərbi vəzifəlilərə müasir döyüşaparma və
özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real döyüş şəraitinə
uyğunlaşdırılmış taktiki və digər hazırlıqlar üzrə nəzəri-praktiki məşğələlər
keçiriləcək.