18 mindən çox uşaq müayinələrə cəlb edildi

Sosial

17.03.2026 15:04

Mingəçevir, Bərdə, İsmayıllı, Samux, Ağstafa və Xaçmazda keçirilən müayinələr zamanı fevral ayında ümumilikdə 18 440 uşaq ilkin müayinələrə cəlb edilib.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 1939, Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən 1207, İsmayıllı Rayon Mərkəzi Xəstəxanası tərəfindən 1531, Samux Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 2426, Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən 1858, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən 9479 uşaq ilkin müayinələrdən keçirilib.

Müayinələr zamanı xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim olunub.

Şagirdlərə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçmək və aşkarlanmış xəstəliklərin müalicəsinə başlamaq tövsiyə edilib.

Qeyd edək ki, icbari dispanserizasiyanın əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə hallarının, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.

TodayPress TV

tag: TƏBİB,Uşaq,Müayinə,Rayon,Todaypress.tv,

photo
photo
photo
photo